İctimaiyyət
Azərbaycanda illik qiymət artımı 2,7% olub

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,0% artıb.
Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, təkcə iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1%, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.