
ER Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstan Respublikasına işgüzar səfərdədir. Avqustun 9-da səhər Ermənistanın Baş naziri Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Zenebekov ilə görüşüb. Həmsöhbətlər iki ölkə arasındakı siyasi əlaqələrin səviyyəsindən məmnun olduqlarını bildirdrək Ermənistan və Qırğızıstan arasında əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirməyə hazır olduqlarını bir daha təsdiq etdilər. Ermənistanın Baş naziri və Qırğızıstan Prezidenti arasında siyasi dialoqun gücləndirilməsi, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin həcminin artması ilə bağlı məsələlər müzakirə olunmuşdur.Bu ilin oktyabr ayında Yerevanda keçiriləcək Avrasiya İqtisadi Şurasının məsələlərinə də toxunulub.