İctimaiyyət

Siyasi mühacir Avropada ağır xəstəlikdən əziyyət çəkir

Hollandiyada yaşayan siyasi mühacir, blogger Orxan Ağayev ağır xəstəlikdən əziyyət çəkir. Avropada yaşayan mühacirlərin Criminal.az saytına verdiyi məlumata görə, 2 ilə yaxındır Almaniyada, eləcə də Fransa və Hollandiyada bir çox etiraz aksiyalarına qoşulan Orxan Ağayevin durumu kritikdir.O, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlikdən əziyyət çəkir. Mühacirlər hesab edir ki, O.Ağayevin Azərbaycanda xəstəliyi mümkün olsa da, hazırki hakimiyyətə qarşı siyasi fəaliyyətinə görə onu həbs gözləyir.

”Almaniyada ona qarşı bir sıra qeyri-qanuni hərəkətlər olub. Məsələn kampda olarkən ağır xəstəliyi ilə bağlı Kamp rəhbərliyinə bildirsə də, ona qarşı haqsızlıq olunub. Tibbi yardım göstərilməyib. Xəstəxanaya yerləşdirilməyib. Üstəlik sığınacaqlar bağlı müraciətinə mənfi cavab verilib. Bundan sonra Fransaya, ordan isə Hollandiyaya mühacirat edən Orxan Ağayevin hazırki, durumu çox ağırdır. Bununla bağlı partiya sədrlərinə müraciət edən Orxan Ağayevə hər hansı bir dəstək verilməyib. O, Əli Kərimliyə, Cəmil Həsənliyə, Isa Qəmbərə, Arif Hacılıya facebook üzərindən müraciət edib. Müraciəti ondan ibarət olub ki, Almaniya səfirliyinə müraciət olunsun ki, Orxan Ağayevə Almaniyada tibbi yardım göstərilsin. İmkanlı şəxslərdən, ictimai-siyasi şəxslərdən xahiş olunur ki, Orxan Ağayevlə bağlı Hollandiyanın lazımı qurumlarına müraciət ünvanlasınlar”.

Daha çox göstər
Back to top button