İctimaiyyət

Gürcüstana narkotik tərkibli dərman keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda “Mtkvari” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

S.A. adlı şəxsə məxsus yükə keçirilən baxış zamanı narkotik tərkibli 30 kapsula aşkar olunub.

Faktla bağlı materiallar Gürcüstan Daxili İşlər Nazirliyinin Qardabani rayon bölməsinə göndərilib. 

Daha çox göstər
Back to top button