
Avqustun 13-də Şərqi Uruqvay Respublikasının Xarici işlər naziri Rodolfo Nino Novoa Ermənistana rəsmi səfər edəcəkdir.
ER XİN-dən verilən məlumata görə avqustun 14-də Ermənistan Respublikası Xarici işlər nazirliyində Ermənistan və Uruqvay Xarici İşlər nazirlərinin görüşü keçiriləcək.
Səfəri çərçivəsində Uruqvayın Xarici işlər nazirini ER Baş naziri Nikol Paşinyan qəbul edəcək. Bir sıra digər rəsmi şəxslərlə həmçinin görüşlər planlaşdırılır.
Uruqvayın Xarici işlər naziri Tsitsernakaberd Memorial Kompleksini ziyarət edəcək və Erməni Soyqırımı qurbanlarının xatirəsini hörmət əlaməti olaraq ehtiramla yad edəcəkdir.