ArtsaxBaşlıca

Artsaxın İHM Azərbaycanın, Arayik Ğazaryanı təbliğat vasitəsinə çevirmək addımlarını məhkum edir

Artsax Respublikasının İnsan Haları müdafiəçisi Artak Beqlaryan Arayik Ğazaryanın işiylə bağlı bəyanat  yayıb. O,Azərbaycanın Ğazaryanı ictimai maraq və təbliğat vasitəsinə çevrməsi addımlarını pisləyərək bəyanatla çıxış edib.Bəyanatda xüsusilə deyilir:

“Avqustun  12-də AR Müdafiə ordusu rəsmi  olaraq  məlumatlandırıb ki, həmin gün MO-nun  hərbi bölmələrindən  birinin  müdafiə məntəqəsindən  hələlik aydınlaşmamış olaylarla  Arayik Hayki Ğazaryan   döyüş mövqeyini tərk edib. Daha sonra Azərbaycan  informasiya vasitələri bildiriblər ki, o, Azərbaycan ərazisindədir və Ğazaryanın bəzi foto şəkillərini  dərc etmişlər. Ombudsman Azərbaycan tərəfinin Ombudsmen Azərbaycan tərəfinin AR  hərbiçisini ictimai maraq və təbliğat vasitəsinə, alətə  çevirmək üçün etdiyi hərəkətlərini pisləyir.

Azərbaycanda öz ərazisində  peyda olunmuş  ermənisoylu mülki  şəxsləri və  ordu xidmətçilərini beynəlxalq humanitar hüquq normalarını pozmaq ənənəyə çevrilib. Cenevrə konvesiyaları nəzərdə silahlı  münaqişədəərazisində  peyda olunan hərbiçilərin (Cenevrə Konvensiyası 3, Maddə 13) və mülki şəxslərin (Cenevrə Konvensiyası 4, Maddə 27) ictimai maraqlarının qorunmasını təmin edir.

Əslində bu humanitar norma yalnız həssas bir qrupun mənfi yayılmasının qarşısını almaq üçün deyil, münaqişə zamanı onu təbliğat vasitəsi etməmək baxımından da vacibdir. Bu şəraitdə beynəlxalq təşkilatların vəziyyətə operativ reaksiya verməsi və Araik Ğazaryana qarşı qanun pozuntularının qarşısını alması vacibdir. Bununla əlaqədar Ombusman səlahiyyətləri çərçivəsində vəziyyətin müsbət həllində kömək etməyə hazır olan müvafiq dövlət və beynəlxalq qurumlarla əlaqə qurmaqdadır”.

Daha çox göstər
Back to top button