BaşlıcaSiyasət

ER və RF TŞ katibləri üçüncü ölkələrə silah satmaq məsələsini müzakirə edib

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dəvəti ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev 2019-cu il avqustun 12-13-də Ermənistana səfər edib. Bu  haqda Armen Qriqoryanın idarəsindən  məlumat  verilib. Səfəri çərçivəsində Armen Qriqoryan və Nikolay Patruşev arasında görüş keçirilmiş, bir sıra təhlükəsizlik məsələləri müzakirə edilmişdir.

Xüsusilə, Ermənistan-Rusiya strateji müttəfiq münasibətlərinin inkişafı, KTMT çərçivəsində əməkdaşlığın genişləndirilməsi və yeni imkanlardan istifadə edilməsi barədə fikir mübadiləsi aparılıb.Üçüncü ölkələrə silah satışının tənzimlənməsi məsələsi də müzakirə edilmişdir. Həmsöhbətlər Ermənistan və Rusiya arasında hərbi-texniki və hərbi-iqtisadi əməkdaşlığın hazırkı vəziyyətindən məmnun olduqlarını hərbi sənayedə və hərbi sahədə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulamışlar.

Daha çox göstər
Back to top button