
Uruqvay Xarici işlər naziri Rodolfo Ninova və Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ görmürlər. Bu haqda nazirlər Yerevanda keçirilən birgə mətbuat konfransı ərzində bildiriblər. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesindəki Ermənistanın yanaşmaları, mövqeyi barədə ətraflı məlumat vermək imkanım oldu. Bir daha təsdiq etdim ki, Dağlıq Qarabağ əhalisinin və Dağlıq Qarabağdakı soydaşlarımızın təhlükəsizliyi bizim yanaşmalarımızda əsas məsələ olmuşdur və olaraq qalır və bunun statusu məsələsi bizim üçün əsas məsələdir. Mən qeyd etdim ki, müvafiq mühitin yaradılması sülh prosessini irəliyə aparmaq üçün olduqca vacib məsələ olub və olaraq qalmaqdadır.Belə ki, məsələnin sülh yoluyla həllinin altenativi yoxdur”-deyərək Mnatsakanyan qeyd edib. Uruqvayın Xarici işlər naziri, ölkələrinin sülhün tərəfdarı olduğunu və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları dəstəklədiyini söylədi.
“ Bizim ölkəmiz o danışıqları dəstəkləyir hansılar ki, MQ çərçivələrində 1995-ci ildə olan mandata əsasən keçirilir ki, o da BMT konstitusiyasındakı prinsiplərə əsaslanaraq danışıqlar yolu ilə nizamlanma gedişatına dair olan tapşırığa uyğundur.Bu konfliktin sülhlə həllinin alternativi yoxdur”-deyərək nazir qeyd edib.