BaşlıcaEkonomika

Yüksək texnologiyalar sahəsinin elitası Ermənistanı ziyarət edəcək

“Dünya Ermənistana gəlir”: New Yorkdaki iş qrupunda  konfransın təşkilinə kömək edən iş strategiyası mütəxəssisi Emma Arakelyan  oktyabrın 6-dan 9-dək  Yerevanda keçiriləcək WCIT İnformsiya texnologiyaların  ümumdünya konqresinin  konfrnasını belə təsvir edir.

“Bütün əsas oyunçularla daxil olmaqla qlobal  informsiya texnologiyalarıyla məşğul olan şirkətlərin 90 faizi  bu konqresin tərkibindədir”- deyə o, “Amerikayi Dzayn”-a deyib.

İş qrupunun üzvü, Nyu-Yorkda fəaliyyət göstərən  vəkil Armen Morian  vurğulayır ki, yüksək texnologiyalarla məşğul olan kosmik, hərbi, sağlamlıq, bankçılıq  və digər sahələrin böyük  nümayəndələri oktyabrda Ermənistana gələcək. “Dünyaya təqdim etmək üçün inanılmaz bir həkayəmiz, 6000 illik  tariximiz var: Sivilizasiyanın yarandığı gündən bəri insan inkişafının hər sahəsində yenilikçi xalq  olmuşuq”.

İş qrupunun üzvlərinin sözlərincə,  Ermənistandakı vəziyyəti kökündən deyişdirən  “Məxmər inqilabı” Yerevanda İnformsiya texnologiyalarının dünya konqresinin yeni keyfiyyətlə təşkil etməsinə  öz töhfəsini verib.

“Əmin deyiləm ki, Məxmər inqilabından əvvəl danışsaydıq, bu konfransın iştirakçılarının hətta yarısı  iştirak etmək istəyərdi, çünki korrupsiyalaşmış bir ölkənin etiketi informasiya texnologiyalarının inkişafına kömək etmir”- deyə Emma Aarakelyan qeyd edib.

Daha çox göstər
Back to top button