Yuxarı Larsa alternativ: “ Rus –gürcü sərhəddi Ermənistana daha da yaxın olacaq”

Gürcüstanda rus-gürcü sərhəddinə yaxın yeni tranzit dəhlizin quruluşuna bu ilin sonuna kimi başlanacaq.Bu haqda Alik Media-ya istinadən Gürcüstanın Baş naziri Mamuka Baxtadze bəyan edib. Gürcüstanın strateji yolunun Yuxarı Larsa qədər uzanan yeni avtomobil yolu Şimal-Cənub layihəsinin bir hissəsini təşkil edir.Bu, Tiflisdən Lars keçid məntəqəsinə qədər nəqliyyatın uzunluğunu əhəmiyyətli dərəcədə qısaldacaq.Faktiki olaraq Ermənistan üçün Yuxarı Larsa doğru alternativ olacaq.Ekspertlərin sözlərincə nəqliyyat ilin bütün fəsillərində əl çatan olacaqdır. Layihə çərçivələrində, 22,7 km uzunluqda asfaltlanmış yol, 6 körpü və 5 tunel, o cümlədən 9 km uzunluğunda tunel də daxil olmaqla qurulması nəzərdə tutulub ki, o da Gürcüstanda ən uzunu olacaq.Layihənin ilkin dəyəri 558,6 milyon dollar qiymətləndirilir ki, bu da Avropanın Yenidənqurma və İnkişaf Bankı və Gürcüstan hökuməti tərəfindən maliyyələşdiriləcəkdir.