
ER hökumətindən verilən məlumata görə Nikol Paşinyan qeyd edib ki, erməni xalqı Erməni Soyqırımını (1965) rəsmi tanıdığına və Soyqırımın tanınması prosesinə müstəsna töhfə verdiyinə görə Uruqvaya və onun xalqına olduqca yüksək dəyərlə yanaşır və dərindən minnətdardır.
Rodolfo Nin Novoa, UruqvayınYerevanda Baş Konsulluğun yaradılmasına böyük əhəmiyyət verdiyini, bunun dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə kömək edəcəyini qeyd etdi. O, Uruqvay Erməni Soyqırımını beynəlxalq səviyyədə tanınması və qınaması prosesində Ermənistanın yanında olduğunu və soyqırımların qarşısını almaq üçün səylərini davam etdirəcəyini bildirib.
Nikol Paşinyan qeyd edib ki, yüksək səviyyəli siyasi dialoqu konkret nəticələrlə konkret iqtisadi münasibətlərə çevirmək üçün birlikdə işləmək lazımdır. Uruqvay Xarici işlər naziri, Ermənistanın Baş naziri ilə razılaşaraq eyni rəydə olduğunu və əməkdaşlıq üçün böyük potensialın olduğu bir çox sahənin istiqamətlərini qeyd etmişdir.
ER Baş naziri Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam tərəfdar olduğunu bir daha təsdiqlədi və Uruqvayın Dağlıq Qarabağ münaqişəsinə qərəzsiz və neytral mövqeyini yüksək qiymətləndirdiyini bildirdi. Uruqvayın Xarici işlər naziri də öz növbəsində Uruqvayın münaqişənin sülh yolu ilə həllinə yönəlmiş prosesi dəstəklədiyini bildirdi.