
Azərbaycanda hökumətyönlü hərbi təbliğat saytları avqustun 13-də Azərbaycan dövlət sərhəd xidmətinin Tavuş sərhədi yaxınlığında dörd yeni mövqe qurduğunu bildirdilər. Azərbaycan təbliğat platformaları, ölkənin DSX (Dövlət sərhəd xidməti) ilə birlikdə, ER Şimal-Şərq istiqamətində yerləşdirilmiş Azərbaycan mövqelərinin fotoşəkillərini dərc etmiş və Azərbaycan sərhədçilərinin bu sahədə irəliləyişlərini qeyd etmişlər.
Məqalədə söz xüsusən təxminən 650-700 metr hündürlüyü olan Papakar barəsindədir. İnternetin açıq mənbəələrindən, o cümlədən, Google Earth və Planet Laboratoriyaları şirkəti tərəfindən təqdim olunan peyk fotolarında aydın olur ki, Azərbaycan silahlı qüvvələrinin də Gürcüstan-Azərbaycan sərhəddində olan qayalıq üzərində əvvəllər yenə Azərbaycanın silahlı qüvvələri yerləşmişdir.
2018-ci ilin oktyabrında sərhədin həmin hissəsində qoşun əvəzində sərhəd xidməti bölmələrini yerləşdirdikdən sonra bəzi mühəndis inşaat işləri aparılıb.Lakin, Azərbaycanın sərhəd keşikçi qoşunları beləliklə Gürcüstan-Azərbaycan bölgüsündə ER sərhədindən təxminən 500-600 metr məsafədə möhkəmləniblər.
Aprelin 27-də 2017-ci və 2019-cu illərdə Google Earth-in təqdim etdiyi peyk fotoları açıq şəkildə göstərir ki, Azərbaycan sərhədçilərindən fərqli olaraq, qeyd olunan bölgüdə ER-nın Silahlı Qüvvələri ərazidə geniş mühəndislik və briqada işləri aparıb və təxminən 1-1,5 km irəliləyiş qeyd ounaraq Ermənistan-Azərbaycan sərhədi boyunca möhkəmlənib. Azərbaycan tərəfində yeni daya nöqtəsi qurulub və həmin dayaq nöqtəsinə aparan yol inşa edilib. Hər iki tərəfdə əsas işlər 2019-cu il ərzində həyata keçirilib.

Azərbaycanın dövlət sərhəddi xidməti və ER Silahlı qüvvələrinin Papakar dağları ətrafında 27.04.2019-cu il.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Papakar dağlarında mövqeyi 2017-ci ilddə
2019 aprel-avqust aylarında tərəflər mühəndislik və qəyyumlaşma tikinti işlərini davam etdirib. Ancaq Planet Labs tərəfindən təqdim edilən avqustun 11-də olan peyk fotoşəklində göründüyü kimi, əhəmiyyətli dəyişiklik edilməmişdir.ER SQ ön xətt bölgüsündə Azərbaycan sərhədçiləri sərhəddən təxminən 500-600 metr dərinlikdə olan bölgüdə möhkəmlənməyi davam edir.

Qeyd olunan hissədə tərəflərin infrastruktur və yaşayış məntəqələrinin araşdırılması göstərir ki, Azərbaycan sərhəd qoşunlarının mühəndis və möhkəmlənmə işləri nəticəsində heç birtaktiki , xüsusilə strateji üstünlüyə çata bilməyib.
Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu Azərbaycan mövqelərindən təxminən 12-13 km məsafədə yerləşir.
Eyni məsafədə ER Zorakan kəndi yerləşir. Kənd və magistral yolu Azərbaycan mövqelərindən Papakar dağlarının digər yüksəklikləri ilə ayrılmışdır ki, onlar da öz yüksəkliyiylə Azərbaycanın dayaq mövqelərinin yerləşdiyi yüksəklikdən üstündür.
Azərbaycan mövqelərindən fərqli olaraq, ER SQ yerləşdiyi yerdən Azərbaycan-Gürcüstan magistralı və və İkinci Şıxlı kəndi təxminən 600-650 km metr, Azərbaycan kəndi və magistral yolu isə 300-350 m yüksəklikdə yerləşir. Bölünən ərazidə Azərbaycan kəndinin aşağı təpələri və əkin sahələri var.

ER Silahlı Qüvvələrinin mövqeləri və Azərbaycanın İkinci Şıxlı kəndi

Beləliklə, Azərbaycan hökumətinin təbliğat saytı tərəfindən yayımlanan məqalədə səslənən iddiaların heç bir faktiki əsası olmadığı məlum olur. Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən aparılan genişmiqyaslı mühəndislik və istehkam işləri sayəsində nəinki Azərbaycan sərhədçilərinin irəliləməsini dayandıra bildii, həm də məhz özü Papakar dağları ətrafında irəliləyiş qeyd etdi.