Ermənistan 6-cı STARMUS Festivalı keçirməyə hazırıdır

İşgüzar səfəri ilə İspaniya Krallığında olan ER Prezidenti Armen Sargsyan STARMUS festivalının təşkilatçıları və şura üzvləri ilə görüşüb.
ER Prezidentinin administrasiyasından verilən məlumata görə, görüşdə STARMUS-un növbəti 6-cı festivalının Ermənistanda təşkil etmə imkanları müzakirə olundu. STARMUS festivalı tədqiqatçıların yeni nəslini ruhlandırmaq və yetişdirmək üçün dünyaca məşhur alimləri, astronavtları, musiqiçiləri və Nobel mükafatçılarını bir araya gətirəcək.
Görüşdə Ermənistanda elm və texnologiyaların inkişafına yönəlmiş ATOM (Advanced tomorrow) layihəsi və STARMUS arasında əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalandı. Müxtəlif komponentləri olan ATOM proqramı çərçivəsində nəinki elm və texnologiya şəhərinin, eyni zamanda bir elm parkının, “Sabah Muzeyi”-nin yaradılması planlaşdırılır. STARMUS-un layihə üçün maraqlı tərəfdaş ola biləcəyi də qeyd edildi.