Siyasət

XİN: Toğanyanın forumda olduğunda heç bir insident olmayıb

Ermənistanın Rusiyadakı səfiri Vardan Toğanyaın forumda olduğunda heç bir insident olmayıb. Heç nə Azərbaycan KİV-lərinin təqdim etdiyi kimi deyildir. Bu barədə Ermənsitan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya XİN-ə müraciət edərək bildirib guya ki, Toğanyan “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yolverilməz fikirlər səsləndirib”, bu da isə “Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun etirazına səbəb olub və nəticədə insident baş verib.

“Avqustun 11-də Vardan Toğanyan  Gənclər forumu çərçivəsində təxminən 500 forum iştirakçısı üçün Ermənistan-Rusiya tarixi və mədəni əlaqələri mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə sonunda ER səfiri azərbaycanlı iştirakçının sualları da daxil olmaqla,  təxminən 30 sualını cavablandırdı”- deyə Nağdalyan qeyd etdi.

O bildirb ki, Dağlıq Qarabağ münaqişəsinə dair səfir Toğanyan münaqişənin nizamlanma prosesində Ermənistanın yanaşmalarını və prinsipial mövqeyini təqdim etdi.

Daha çox göstər
Back to top button