BaşlıcaSiyasət

ER və RF Müdafiə nazirləri hərbi və hərbi-texniki əməkdaşlığa dair məsələləri müzakirə ediblər

Ermənistanın Müdafiə naziri David Tonoyan Moskvada RF  Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşmüşdür. Bu haqda Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan Facebook səhifəsində yazıb.

İkitərəfli hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Hazırkı münasibətlərin səviyyəsindən   məmnunluğunu ifadə edən və strateji müttəfiqliyini vurğulayan Müdafiə nazirləri tərəfindən birgə döyüş hazırlığı,operativ planlaşdırma, hərbi təhsil, RF102-ci hərbi bazasının gücləndirilməsi və bir sıra digər sahələrdə əməkdaşlığın ardıcıl inkişafına əhəmiyyət  verilib.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib.Davit Tonoyan və Sergey Şoyqu ikitərəfli hərbi-siyasi, hərbi və hərbi-texniki proqramların icrası ilə bağlı bir sıra vacib proqramların həyata keçirilməsiylə əlaqədar razılaşmalar əldə edib.

Daha çox göstər
Back to top button