İctimaiyyət

ER Prezidenti “MUBADALA” investisiya şirkətinin sədri ilə görüşüb

ER Prezidenti Armen Sargsyan Mançestrdə İngiltərə premyer liqasının 2018/19 mövsünün çempionu olan “Mançestr City” futbol klubunun sədri, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “MUBADALA”-nın sədri Kaldun Xalifa Al Mubarak ilə görüşüb.

ER Prezident Administrasiyasının məlumatına görə, MUBADALA şirkəti ilə əməkdaşlıq perspektivləri və şirkətin Ermənistanda investisiya proqramlarının həyata keçirlməsi imkanlarını müzakirə olunub.  MUBADALA investisiya şirkəti yüksəsk texnologiyalar, telekomunikasiya, enerji, səhiyyə, daşınmaz əmlak, infrastruktur, təhsil və elm sahələrində fəaliyyət göstərir.

Kaldun Al Mubarak Prezident Armen Sargsyana “Mançester City”-yə məxsus olan “The City Football Group” holdinqinin fəaliyyətini təqdim etdi. Bu çərçivədə, Ermənistanda futbolun inkişafına yönəlmiş proqramların həyata keçirilməsi imkanları da müzakirə edildi.

Daha çox göstər
Back to top button