BaşlıcaSiyasət

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şimal-Şərq sərhədində olub

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan respublikanın Şimal-Şərq sərhədində yerləşən hərbi hissələrə işgüzar səfər edib.

Bu barədə ER Müdafiə nazirliyi məlumat yayıb. Artak Davtyana sərhəddə hökm sürən operativ vəziyyət, şəxsi heyətin fiziki, döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi, döyüş növbətçiliyi şəraiti, cəbhə bölgəsində aparılan mühəndis-gücləndirmə işləri və qarşıya qoyulan problemlər barədə məlumat verilib.

Səfər zamanı ER Silahlı Qüvvələrin Baş Qərargah rəisi bölmələrin şəxsi heyətinin döyüş tapşırıqlarını yerinə yetirərkən hərəkətlərini daha effektiv hala gətirəcək yeni sahə texnikalarını yoxladı.

Yeni tikilmiş anbarlarda saxlanılan silah və döyüş sursatları həmçinin yoxlanılıb.

Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, önəmli həll olunmasını tələb edən məsələlərlə bağlı məsul bölmələrin komandirlərinə tapşırıqlar verib.

Daha çox göstər
Back to top button