İctimaiyyət

Bayram Məmmədov 13 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə haqqında məlumat verib

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbuslar işgəncələrə məruz qoyulur. Bu barədə həmin cəzaçəkmə müəssisəsində cəza çəkmiş keçmiş məhbus, ictimai fəal Bayram Məmmədov cəzaçəkmə müəssisəsindəki mənbələrə istinadla bildirib. Onun sözlərinə görə, məhbusların hüquqları şəxsən cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunusov tərəfindən pozulur.

“İşgəncələr əvvəl də olub. May ayından müəssisənin rəisi dəyişdirilib. Ancaq, çox təəssüflər olsun ki, bu işgəncə faktlarının azalmasına yox, daha da kəskinləşməsinə səbəb olub”, deyə Məmmədov bildirib.

Xüsusən, yeni rəisin əmri ilə məhbusları yerə uzadaraq dəyənək ilə döydürür və bunu da telefonuna çəkir.

Daha çox göstər
Back to top button