Siyasət

NATO-nun Məşvərət Qrupu Ermənistana səfər edib

Avqustun 19-22-də müdafiə təhsil inkişafı və xeyrixahlıq gücləndirilmə məsələri üzrə ER Müdafiə Nazirliyinə məsləhət dəstəyi verən NATO-nun komandası Ermənsitanda idi.

Müdafiə Nazirliyindən alınan məlumata əsasən, səfərin məqsədi ER Müdafiə Nazirliyinin hərbi təlim müəssislərində “Yaxşı idarəetmə və xüeyrixahlıq” pilot layihəsində iştirakı və peşəkar müzakirələrin aparılması idi.

Məşvərət qrupu hərbi təhsil müəssislərini ziyarət edib, orada isə 2019-cu tədris ilin birinci kurs tələbələri üçün “Yaxşı idarəetmə və xeyrixahlıq” proqramına start verilib. Hərbi təhsil müəssisələrinin rəhbərliyi və tədris prosesinə cavabdeh olanlarla görüşlər keçirilib.

Məşvərət qrupunun səfəri ER Müdafiə Nazirliyinin müvafiq bölmələrinin nümayəndələri ilə görüşlə yekunlaşdırılıb.
Tərəflər NATO Məşvərət Qrupunun Ermənistan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələri ilə əməkdaşlığının gələcək planları və təlimatları barədə razılığa gəldilər.

Daha çox göstər
Back to top button