Venesiya Komissiyası Koçaryan işi ilə bağlı ER Konstitusiya Məhkəməsinə rəy verməyə hazırdır
Venesiya Komissiyası Yerevan Birinci Məhkəməsi və Roebrt Koçaryanın müraciətləri əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi işlərə dair məsləhət rəyi verməyə hazır olduğunu bildirib. Bu barədə ER Konstitusiya Məhkəməsinin facebook səhifəsində yazılıb.
“Yerevan şəhərinin birinci ümumi yurisdiksiya Məhkəməsinin və Robert Koçaryanın müraciətləri əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi işlərə dair məsləhət rəyi almaq məqsədi ilə Konstitusiya Məhkəməsinin Venesiya Kommisiyasına göndərdiyi müraciəti barədə bildirik ki, 2019-cu ilin avqustun 20-da Venesiya Kommisiyası məsləhət rəyi verməyə hazır olduğunu bildirib”-deyə bəyanatda yazılıb.
ER Konstitusiya Məhkəməsi qeyd olunan işlər üzrə rəy almaq üçün Avropa İnsan Haqları Məhkəməsinə də müraciət etdi.