
ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyanın rəhbərlik etdiyi nümayəndə heyəti 23 avqustda Düşənbədə keçirilən MDB Silahlı Qüvvələri Baş Qərargah rəisləri Komitəsinin növbəti iclasında iştirak edib. Bu barədə Ermənistan Respublikası Müdafiə nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.