Azərbaycanlı jurnalist 20 gündür aclıq edir

Realliq.info saytının redaktoru İkram Rəhimov saxlanıldığı 1 saylı Balı İstintaq Təcridxanasında 20-ci gündür aclıq edir.
Bu barədə jurnalistin ailəsindən Amerikanın Səsinə bildiriblər.
“İkram Rəhimov bu gün, avqustun 26-da zəng etmişdi. Səsi zəif və xırıltılı idi. Dedi ki, hər iki ayağı tutulub, ayağa qalxmağa taqəti yoxdur, başgicəllənmələri artıb, çox arıqlayıb. Aiəsinin xahişinə baxmayaraq İkram aclığı dayandırmır. Ölənədək və ya ədalət bərpa olunanadək aclığı davam etdirəcyini bildirir. Ailəsi beynəlxalq və yerli ictyimaiyyəti jurnalistə kömək etməyə çağırır,” ailə üzvü bildirib.
Öz növbəsində Penitensiar Xidmətin İctimiayyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə İkram Rəhimovun aclığı davam etdirdiyini tədiq ediblər.
“O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. İkram Rəhimova hər hansı tibbi müdaxilə edilməyib və səhhətində ciddi problemlər yaranmayıb. O qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi bildirib.
Xatırladaq ki, İkram Rəhimov “qanunsuz” cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən aclığa başlayıb.