İctimaiyyət

Cəbhəçi sədrin oğlunun həbs edildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Hacıqabul rayon şöbəsinin sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərovun dünən, avqustun 24-də günün ikinci yarısı saxlandığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat veriblər. Elə həmin gün də ona 30 sutka inzibati həbs cəzasının verildiyi qeyd olunur.

Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib ki, İmaməddin Heydərovun hansı maddə ilə ittiham olunduğu barədə atasına məlumat verməyiblər. “Hazırda onu Şirvan Şəhər Polis Şöbəsində saxlayırlar”,- İlham Hüseyn belə deyib.

O əlavə edib ki, bazar ertəsi, avqustun 26-da bu məsələyə aydınlıq gətirməyə çalışacaqlar. İlham Hüseyn ehtimal edir ki, İ.Heydərov facebook-da fəallığına görə, cəzalandırılıb.

Daha çox göstər
Back to top button