İctimaiyyət

Məmurları təhqir edən azərbaycanlı videobloqer Rusiya vətəndaşlığından çıxarıldı

“YouTube”da Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına xoş olmayan və hörmətsiz ifadələr işlətməklə məşhurlaşan videobloqer Elvin İsayev Sankt-Peterburqda saxlanılıb.

Bu barədə Oxu. Az-a E.İsayevin vəkili Məhəmməd Həsənov məlumat verib.

Onun sözlərinə görə, avqustun 25-də E.İsayevə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülüb.

Məhkəmə avqustun 26-da bu işə baxmalıdır.

M.Həsənov vurğulayıb ki, müvafiq qurumlar avqustun 25-də bloqeri Rusiya vətəndaşlığından məhrum edib. O, son 20 ildə Rusiya vətəndaşı olub.

Vəkil qeyd edib ki, E.İsayevin ailəsi onunla birlikdə Rusiyadadır. Məhkəmənin E.İsayevin Azərbaycana ekstradisiya olunması barədə qərar çıxaracağı gözlənilir.

Daha çox göstər
Back to top button