İctimaiyyət

Azərbaycanda daha bir cəbhəçi saxlanıldı

Avqustun 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron şöbəsinin üzvü Qorxmaz Əliyev Abşeron Rayon Polis İdarəsinə aparılıb. Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

Partiyadan vurğulayıblar ki, Əliyev dünən evə sərbəst buraxılsa da, bu gün, avqustun 26-da səhər saatlarında yenidən polis idarəsinə aparılıb. “Bizdə olan məlumata görə, Qorxmaz bəyə fiziki təzyiq göstərilib və sabah o, məhkəmənin qarşısına çıxarılacaq. Onu nədə ittiham edildiyi hələ ki, bilinmir. Qorxmaz bəy ikinci qrup əlildir”.

Partiyadan əlavə ediblər ki, Qorxmaz Əliyevin saxlanma səbəbi bir neçə gün öncə qəbristanlıqda yerlərin satılmasıyla bağlı çəkiliş aparmasıdır.

Daha çox göstər
Back to top button