
Ermənistan Respublikası parlamentinin sədri Ararat Mirzoyan və İsveç Krallığı Riksdagının sədri Andreas Norlen bir sıra sahələrlə bağlı ciddi ikitərəfli əməkdaşlığın imkanlarını müzakirə etdilər. Bu haqda Ararat Mirzoyan ER parlamentində bəyan edib. “Biz informasiya texnologiyaları, meşəçilik, su ehtiyatlarının idarəedilməsi, bərpa olunan enerji, həmçinin mədən, tullantıların idarə olunması və çoxsaylı digər sahələrdə ciddi tərəfdaşlığa başlamaq imkanlarını müzakirə edirik. Bunlar İsveçin təcrübəsinin bizim üçün həqiqətən nümunə olduğu sahələrdir” – deyərək Mirzoyan qeyd edib. Riksdagın nümayəndəsi qeyd etdi ki, İsveç Ermənistandakı Məxməri inqilabı və Ermənistanın demokratik islahatlar yolunu dəstəkləmək istəyir. Xatırladaq ki, Avqustun 26-28-də İsveçin Riksdagının sədri Andreas Norlenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir. Nümayəndə heyətinə parlamentin 3 sədr müavinləri və bütün fraksiyaların rəhbərləri daxildir.