
Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin sədri, səfir Pyotr Svitalski Ədliyyə naziri Rustam Badasyan və kommandasının məhkəmə islahatı konsepsiyasının hazırlanması ilə bağlı işlərini yüksək qiymətləndirib.
“Azadlıq” Radiosunun erməni xidmətinin müdiri Hrayr Tamazyanla söhbətdə Svitalski deyib ki, hazırda Ermənistanda baş verənlər məhkəmə sistemində islahat səyləri baxımından ölkənin gələcəyi üçün çox vacibdir.
“Aİ, texniki dəstəklə yanaşı, Ermənistana hökumətin islahatlar layihələrini həyata keçirmək üçün maliyyə dəstəyi verməkyə hazırdır. Ədliyyə islahatları iqtisadiyyat, o cümlədən xarici investisiyalar üçün vacibdir. O, sərbəst seçkilər, vətəndaşların hüquqlarının qorunması kimi demokratik proseslər üçün çox vacibdir”,-deyə Svitalski qeyd etdi.