
Ermənistan xarici siyasətinin üç əsas prinsipləri suverenlik, ümumermənilik və qarşılıqlı əməkdaşlıqdır. Bu haqda avqustun 27-də ER Xarici işlər naziri Zohrab Mnatsakanyan ER Xarici İşlər Nazirliyinin mərkəzi aparatının və xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin toplantısında bildirib.
“Biz bu gün Ermənistanın xarici siyasətinin üç əsas prinsipini təsdiq edirik: Suverenlik – bu prinsipin əsası Ermənistan mərkəzliliyidir. Bu, ilk növbədə Ermənistan dövlət maraqlarının, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün Ermənistan Respublikası vətəndaşlarının qorunmasıdır. Müstəqil xarici siyasətin həyata keçirilməsi üçün əsas şərt suverenlik prinsipinin gücləndirilməsidir.
Ümumermənilik – bu həm prinsip, həm də bir vasitədir. İlk baxışdan iddialı görünən bu prinsip yalnız Ermənistanın ermənilər və hərəkətlər mərkəzi olduğunu deyil, erməni diplomasiyası tərəfindən Ermənistan, Artsax və diaspora ermənilərini bir birlik olaraq görmə zərurətini və bundan irəli gələn milli birləşmiş gündəmini əks etdirir.
Qarşılıqlı əməkdaşlıq – Ermənistan hər hansı bir dövlətlə bərabər və qarşılıqlı faydalı əməkdaşlığa hazırdır. Ermənistan regional sülh, təhlükəsizlik və inkişaf istiqamətində iş aparmağa davam edəcək və bu məqsədilə dost dövlətlər və bütün digər tərəfdaşları ilə əməkdaşlıq edəcək”,- deyə Mnatsakanyan qeyd edib.