BaşlıcaSiyasət

ER Baş naziri Ermənistanın xarici siyasi məqsədlərinə toxunub

Ermənistanın xarici siyasətinin məqsədi Ermənistanın suverenliyini və təhlükəsizliyini təmin etmək, suverenlik və təhlükəsizlik səviyyəsini ardıcıl qaldırmaq, ölkəmizin və vətəndaşlarının təhlükəsizliyi və çiçəklənməsi üçün daha əlverişli xarici mühit yaratmaqdan ibarətdir.

Bu haqda  ER Baş naziri Nikol Paşinyan Ermənistan Xarici işlər nazirliyinin Mərkəzi aparatının və xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləriylə görüşü zamanı  qeyd edib.

“Beləliklə, Ermənistanın xarici siyasətində problem formalaşır. Yəni, o da beynəlxalq münasibətlərdə Ermənistanın subyektivliyini, beynəlxalq münasibətlərdə nüfuzunu qaldırmaqdır. Bu problemi həll etmək üçün ən vacib faktlardan biri də 2018-ci ildə zor tədbiq edilmədən Ermənistandakı Məxməri xalq inqilabıdır ki, o da sözün həqiqi mənasında qlobal bir hadisəyə çevrildi.

Demokratiya Ermənistanın xarici siyasətinin bir nömrəli vizit kartına çevrilməlidir və bizim vəzifəmizdir, dünyaya Ermənistandakı demokratiyanın geri dönməz olduğunu və əsaslandığını göstərməkdir. Yəni konkret bir siyasi dairə deyil, xalqın şüuru, iradəsi və istəkləri üzərində qurulandır”-deyərək Paşinyan bəyan edib.

Baş nazir qeyd edib  ki, növbəti prinsip hansı ki,Ermənistanın subyektivliyini qaldırmağa kömək edəcəkdir, ümumermənilikdir.

“Ermənistan səfirləri bütün ermənilərin nümayəndələri kimi akkreditə olunmuş ölkələrdə özlərini ümumermənilər nümayəndəsi olaraq təmsil olmalıdırlar”-deyə Baş nazir , qeyd etdi.

Daha çox göstər
Back to top button