
Ermənistan Respublikasının Xarici işlər naziri Zohrab Mnatsakanyan Birləşmiş Krallığın Avropa və Amerika məsələləri üzrə yeni təyin olunmuş dövlət naziri Kristofer Pinçer ilə Britaniya tərəfinin təşəbbüsüylə telefon söhbətini edib. ER Xarici işlər nazirliyindən verilən məlumata görə, tərəflər ikitərəfli münasibətlərə yeni bir təkan verməyə hazır olduqlarını vurğulayaraq, müxtəlif səviyyələrdə dialoqun intensivləşməsinin və iki ölkənin xarici işlər nazirlikləri arasında mütəmadi məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd etmişlər. Əməkdaşlığın əsas istiqamətlərindən İnformasiya texnoloqiyaları , inovasiya, dərrakəli və yaradıcı təhsil sahələri ayrılmışdır.