
Spyurk (erməni diasporu ) işləri üzrə Baş Komissar Zareh Sinanyan Kiprin Xarici işlər və Humanitar məsələləri üzrə Komissarı Fotiu Fotis ilə avqustun 28-də görüşüb. ER Spyurk işləri üzrə Baş Komissarın idarəsindən verilən məlumata görə,
Fotis iki dövlətin diasporları arasında formalaşmış əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş strategiyanın hazırlanmasının zəruriliyinə toxunaraq, artıq qurulmuş ikitərəfli münasibətlərə önəm vermiş və eyni zamanda iki diasporlar arasında strateqiyanın inkişafı mühümlüyünü vurğulamışdır. Görüş üçtərəfli formatda davam edib, Yunanıstan Respublikasının Xarici işlər nazirinin müavini Antonis Diamatris tərəflərə qoşulub.
Diaspor məsələlərində Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığı çərçivəsində tərəflər üç ölkənin mütəşəkkil strukturları, təşkilatları və icmaları arasında əməkdaşlığın təşviqini, gənclər şəbəkələri və görüşlərin yaradılmasını, peşəkar platformaların inkişafını, üç ölkə arasında iqtisadiyyat, turizm və investisiya əlaqələrinin möhkəmləndirilməsi məsələsini olduqca zəruri və məqsədyönlü saymışlar.