BaşlıcaSiyasət

N. Paşinyan: “Ermənistanın elmə və biliklərə əsaslanan və iqtisadiyata aparan gücü gərək hərbi-sənaye kompleksi olsun”

Ermənistan hökuməti iqtisadiyyatda  onəmli rolu hərbi-sənaye  kompleksinə  verir, o şərtlə ki, hərbi-sənaye kompleksi  gərək  müasir texnoloji standartlara cavab  versin. Bu haqda ER Baş naziri Nikol Paşinyan Hərbi sənayələr birliyinin üzvləri və hərbi sənaye şirkətlərinin rəhbərləri ilə  görüşərkən bəyan edib.”Uzunmüdət anlayışıyla  biz  texnoloji təşəbbüslər göstərə və texnoloji yeniliklər istehsal etməyi bacarmalıyıq”-deyərək Paşinyan  qeyd edib. Onun sözlərinə görə, hərbi-sənaye kompleksi hökumət üçün bir neçə əsas məna daşıyır ki, onların hamısı strateji xarakter daşıyır.”Əvvəlan, ölkəmiz gərək  güclü bir hərbi-sənaye kompleksinə sahib olsun.Bu isə  bu günkü yaşadığımız o təhlükəsiz mühitdən irəli gəlir hansında ki, biz mövcuduq. İkincisi,  Ermənistanın iqtisadi inkişafıdır Ermənistanda yeni  iş  yerlərinin yaradılması və Ermənistanı  yüksək  keyfiyyəti olan  iş qüvvəsi ölkəyə cevirməkdir. Hərbi-sənaye sahəsi isə  bir kompleksdir ki, orada fəhlədən  tutmuş  yüksək ixtisaslı işçilər,  sənətkarlar və sair tələb olunan bir sahədir Təbii ki, ixrac strategiyası da bizim üçün çox vacibdir və strateji kursumuz elə olmalıdır ki, Ermənistan hərbi-sənaye kompleksi xarici bazarlarda işləmək imkanına malik olsun”-deyərək ER  Baş naziri  qeyd edib.

Baş nazir   deyib ki, bizə elmlərə, dərrakələrə   dayaqlanmış  sənaye iqtisadiyyatı  lazımdır. Həmin  iqtisadiyyata aparan qüvvə  gərək  hərbi-sənaye  kompleksi olsun.

Daha çox göstər
Back to top button