BaşlıcaEkonomika

Tiqran Xaçatryan İran-Ermənistan Ticarət palatasının nümayəndələrini qəbul edir

ER  Ekonomika naziri Tigran Xaçatryan İran-Ermənistan Ticarət palatasının nümayəndələri ilə görüşüb. ER  Ekonomika nazirliyindən verilən məlumata görə, nazir İranın Ermənistandakı işgüzar fəaliyyəti baxımından Ermənistanın coğrafi mövqeyini və qonşu ölkələr arasındakı mədəni oxşarlığını  mühüm hesab edib. Tiqran Xaçatryanın sözlərincə, bir tərəfdən erməni iş adamlarının İran iqtisadiyyatına dair, digər tərəfdən Rusiya iqtisadi mühiti barədə bilik və anlayışları əməkdaşlıq üçün son dərəcə təsirli və səmərəli  ola bilər.

Nazir İran ilə  Avrasiya İqtisadiyyat İttifaqı arasında müvəqqəti sərbəst ticarət müqaviləsinin mövcudluğunu da vurğuladı. İran-Ermənistan Ticarət palatasının sədri Hervik Naricanyan  Ekonomika nazirliyi ilə müzakirələrin vacibliyini  qeyd edib. Palatanın nümayəndələri nazirə Ermənistanda biznesin xüsusiyyətləri, gömrük prosedurları, vergi qaydaları ilə bağlı suallar verdilər.

Daha çox göstər
Back to top button