İctimaiyyət

Jurnalist Cavanşir Həsənlinin həyatı üçün təhlükə yaranıb

Araşdırmaçı jurnalist, Azərbaycan məmurlarının, yüksək vəzifəli şəxsləin xarici ölkələrdəki biznes və əmlaklarını aşkarlayaraq, sənədləri, fotoları ilə birgə sosial şəbəkələr vasitəsilə yayımlayan Cavanşir Həsənlinin həyatı üçün təhlükə yaranıb. “AzPolitika.info“nun məlumatına görə, bu barədə o, özünün “facebook” səhifəsindən məlumat verib.

Cavanşir Həsənli bunu 1 saylı notarial kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmaları ilə əlaqələndirib: “Aldığım məlumata görə Almaniyadakı azərbaycanlılar arasında mənim fotolarım paylaşılır, yerimi müəyyənləşdirməyə çalışırlar. Bu son günlərdə 1 saylı notarial kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmalardan sonra baş verib. Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm. Beynəlxalq təşkilatlarla əlaqəsi olan dostlardan məsələni onların diqqətinə çatdırmalarını xahiş edirəm”.

Jurnalist həyatına təhlükə yarandığı üçün Avropanı tərk etmək məcburiyyətində qaldığını bildirib: “Bununla əlaqədar yerli polisə müraciət etdiyimi və təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətində qaldığımı bildirmək istəyirəm. Ümid edirəm ki, Azərbaycan ictimaiyyəti və hüquq- mühafizə orqanları bu məsələni diqqətdə saxlayacaqlar.

Almaniyada yaşayan azərbaycanlılardan kimə mənim şəkillərim göndərilibsə, məlumat vermələrini xahiş edirəm”.

Daha çox göstər
Back to top button