BaşlıcaEkonomika

Moody’s ekspertləri ER hökumətinin strateji məqsədlərini adekvat, dəqiq və aktual sayır

Moody’s beynəlxalq nüfuzlu reytinq təşkilatının ekspertləri Ermənistan hökumətinin strateji məqsədlərini adekvat, dəqiq və aktual sayır. Bu haqda hökumət iclasında baş nazirin müavini Mher Qrigoryan bildirərək əlavə edib ki, Moody’s ekspertləri ilə görüşüb Ermənistanın strateji məqsədlərini müzakirə etmişdir.

“Bu hadisə haqqında özəl sektora münasibətdə praktiki mənada danışmaq istəyirəm. Bu, bazarda faiz dərəcələrinin aşağı düşməsinə səbəb ola bilər. Birincisi, Moody’s reytinqi olan erməni özəl şirkətlərinin reytinqi 90% ehtimalı ilə artacaq. Bu demək olar ki, xarici bazarlardan cəlb olunan vəsaitlər üzrə faiz dərəcələri azalacaq və bu, Ermənistan bazarında faiz dərəcələrinin müəyyən dərəcədə azalmasına səbəb olacaqdır”,-deyə nazir müavini qeyd etdi.

Avqustun 27-də Moody’s tərəfindən dərc olunmuş hesabatda təşkilat ER hökumətinin milli və xarici valyuta ilə qiyməti qeyd olunmuş uzunmüddətli emitentlər və xarici valyuta ilə qiyməti qeyd olunmuş təminatsız güzəştli borc reytinqini “B1”-dən “Ba3”-ə qaldırıb.

Daha çox göstər
Back to top button