
Ermənistanda bu ilin yanvar-iyul aylarında iqtisadi aktivlik indeksi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,8% artıb. Bu haqda ER Milli Statistika Komitəsinin yaydığı məlumatlar da sübut edir. Xüsusən sənaye istehsalının həcmi 8,4% artmışdır. Yanvar-iyul aylarında tikinti həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5%, xidmətlərin həcmi 15,2% artmış, ticarət dövriyyəsinin artımı 8.9% təşkil etmişdir. Ermənistanda orta aylıq nominal əmək haqqı yanvar-iyul aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,9% artaraq 178 min 325 dram təşkil edib.