BaşlıcaSiyasət

28 il əvvəl seçdiyimiz yolu birgə səyləri ilə düzləndiririk: Bako Sahakyan

Artsax Respublikası Prezidenti Bako Sahakyan sentyabrın 2-də Artsaxın Respublika Günü münasibətilə təbrik mesajı göndərib.

Mesajda deyilir:

“Əziz həmvətənlər,

Artsax hakmiyyətləri və şəxsən mənim adımdan Sizi Artsaxın Respublika Günü, bizim ən əhəmiyyətli dövlət bayramımız münasibətilə ürəkdən təbrik edirəm.

1991-ci il sentyabrın 2-də xalqımız öz taleyini müstəqil olaraq idarə etmə, milli dəyərlərimizi və ənənələrimizi, inamımızı və dilimizi qoruyub saxlayaraq azad və müstəqil vətəndə yaşama xəyalını gerçəkləşdirdi. Bu, çətin amma eyni zamanda da şərəfli yoldu və biz bunu Ana Ermənistan və Diasporadakı bacılarımız və qardaşlarımızla, əl-ələ birlikdə bütün çətinlikləri və təhdidləri aradan qaldıraraq keçdik və böyük zəfərlər qeyd etdik.

Bu gün biz Artsax Respublikasını müdafiə və inkişaf edərək, birgə səylərlə 28 il əvvəl seçdiyimiz yolu düzləndiririk, nəsillərin etibarlı gələcəyi üçün möhkəm bir təməl qoymaqla bizim müstəqil və demokratik dövlətimizi ardıcıl və davamlı şəkildə gücləndiririk.

Əziz həmvətənlər,

Hamımızın yaddaqalan bayramını bir daha da təbrik edir, Sizə sülh, cansağlığı və vətənimizin çiçəklənməsi və xalqımızın rifahı naminə böyük uğurlar arzulayıram”

Daha çox göstər
Back to top button
Close