
Ermənistan Respublikası Baş naziri Nikol Paşinyan Artsaxın Respublika Günü münasibətilə təbrik mesajı göndərib. ER Baş nazirinin mesajında deyilir:
“Artsax Respublikasının qürurlu vətəndaşları,
Əziz həmvətənlər, Sizi Artsaxın Respublika elan olunması günü münasibətilə təbrik edirəm.
Bu gün hamımız, Ermənistan, Artsax, Diaspora və bütün ermənilər üçün tarixi gündür. 28 il əvvəl bu gündə Artsax faktiki olaraq Sovet Azərbaycanından müstəqil oldu və müstəqil dövlətiçilik qurma yoluna girərək Respublika elan edildi. Bu yol təhdidlər və uğurlarla, itkilər və nailiyyətlərlə, müharibələr və qələbələrlə doludur. Artsaxın azadlıq mübarizəsi erməni xalqının tarixinin parlaq səhifələrindən biri və bizim kollektiv qürurumzun təcəssümüdür. Tarixi bu gündən 28 il keçdi və azad və müstəqil Artsax bu gün qurulmuş siyasi və tarixi reallıqdır.
Əziz həmvətənlər,
Erməni xalqının qələbələrinin qarantiyası azadlıq, müstəqillik və milli kimliyimizin qorunması və inkişafı uğrunda bizim birliyimiz, bizim vahid və sarsılmaz iradəmizdir. Bizim ümummilli qələbələrimiz məhz belə qeyd olundu. Azad, demokratik və inkişaf edən bir vətən uğrunda olan Məxməri inqilab da məhz belə birliyin təcəssümü idi. Məxməri inqilabın dəyərləri ümumerməni dəyərləridir və bu dəyərlər bütün ermənilərin aralarında, Ermənistan, Artsax və Diasporada davamlı şəkildə köklənəcəklər.
Ermənistan və Artsax təhlükəsizliyi hamımız üçün prioritetdir. Artsaxın taleyi bütün ermənilərin diqqət mərkəzindədir və biz Artsax xalqının öz müqəddəratını təyin etmə və təhlükəsizliyi üçün aparılan Artsax azadlıq mübarizənin nəticələrini müdafiə etmək, məsələnin sülh yoluyla ədalətli həllinə nail olmaq istiqamətində səylərimizi davam edəcəyik.
Əziz həmvətənlər,
Sizi Artsaxın Respublika Günü münasibətilə təkrar təbrik edirəm.
Artsax uğruna öz həyatlarını əsirgəməyən qəhrəmanlarımız yaşasın!
Artsaxın qəhrəman xalqı yaşasın!
Birləşmiş və qalib gələn erməni xalqı yaşasın! ”