
Azərbaycan Ermənistanla sərhədyanı ərazidə öz mövqeyini Gürcüstan ərazisi hesabına dəyişib. Beynəlxalq FrontNews-un analitikləri Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin keçid məntəqəsinin peyk fotoşəklinin araşdırılması nəticəsində oxşar qənaətə gəliblər. Fotolardan aydın görünür ki, Azərbaycan dövlət sərhəd xidmətinin dayaq mövqelərindən biri Papakar (az. Babakyar) təpəsində yerləşib.
Təxminən bir həftə əvvəl Azərbaycanın DSX “yeni strateji təpələrin işğal edildiyi” barədə məlumat yaymışdı. Buna baxmayaraq mövqelərin hərəkəti Azərbaycanın ərazisində həyata keçrilib.Halbuki Ermənistanın Silahlı qüvvələri həmin mövqeləri xəritələr üzərində qeyd edilən hüdudlara qədər irəliləmişdir.Qeyd olunan fakt həmçinin Gürcüstan analitiklərinin diqqətini cəlb edib.Onlar Azərbaycanın silahlı qüvvələri tərəfindən həmin bölgüdə çoxdan tutduqları yüksəkliyin Gürcüstan ərazisi olduğunu və həmin addımla Gürcüstanın dövlət sərhədini kobud şəkildə pozduğunu müşahidə edən gürcü təhlilçilərinin diqqətini cəlb etdi və tutulan yüksəklik əslində Gürcüstan ərazisində olduğu diqqətdən yayınmadı.Həmin addımla Azərbaycanın Gürcüstan dövlət sərhəddinin kobud şəkildə pozduğunu səsləndirdilər. Maraqlıdır ki, Gürcüstan ərazisindəki sərhəd təkcə bu ərazidə pozulmayıb. Azərbaycan, “Qırmızı körpü” gömrük keçid məntəqəsinə bitişik ərazilərdə də Gürcüstanın sərhəddini pozub.Azərbaycan “Qırmızı körpü” adlanan keçid məntəqəsiylə yanaşı yerlərdə də mövqelərini yerləşdirib.
Qeyd olunan xəndəklərdən Papakar yüksəkliklərindən Gürcüstan ərazilərinə nəzarət edilir və bunun Ermənistan əraziləri ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz, çünki onlar kifayət qədər uzaqda yerləşdirilib.Azərbaycan qeyd olunan bölgüdə 2008-2009-cu illərdə yeni mövqelər yerləşdirmişdir.Haçan ki, Gürcüstan Cənubi Osetiya münaqişəsinin fəsadlarını daşıyırdı və sərhədyanı zəifləmişdi.. Eyni zamanda, Azərbaycan buna paralel olaraq Gürcüstanla müxtəlif ərazi mübahisələrində kifayət qədər sərt siyasət aparır. Gürcüstan və Azərbaycan hazırda David Gareca monastır kompleksinin ərazilərinin bölgüsünə aydınlıq gətirməyə çalışırlar.
Azərbaycan gürcü mədəniyyət irsini təmsil edən monastırları “alban” irsi olaraq göstərməyə çalışır. 2019-cu ilin avqustunda Azərbaycan tərəfi demarkasiya məsələləri üzrə komissiyaların danışıqlarına baxmayaraq, Gürcüstan monastırlarının ərazisində yeni bir baza yerləşdirdi. Qeyd etdiyimiz kimi, Azərbaycan nəinki təkcə ərazi iddiaları məsələsini irəli sürür, eyni zamanda 6-cı əsrin gürcü kompleksinin “alban mədəniyyətinin abidəsi” olduğuna dair saxta və antitetik “əsaslarla” təqdim etməyə cəhd göstərir. Azərbaycan tərəfinin aqressiv bəyanatlarından çıxış edərək, onlar güzəştə getmək niyyətində deyillər. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının sədri Yaqub Mahmudov bütün Şərq Gürcüstanın “Azərbaycanın tarixi diyarı” olduğunu, Tbilisini isə “ qədim Azərbaycan şəhəridir” deyəyərək israr etməkdən çəkinmir.