
İran prezidenti Həsən Ruhani yaxın günlərdə Ermənistana səfər edəcək. Bu haqda Mehr agentliyindən verilən məlumata görə, ER-da İran İslam Respublikasının səfiri Seyed Kazem Sacadin məlumatlandırıb.
“ER Baş naziri Prezident Ruhanini Ermənistana dəvət edib və İranın Prezidenti yaxın həftələrdə Ermənistana səfər edəcəkdir” deyərək Sacadin bəyan edib.
Xatırladaq ki, fevral ayında ER Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfərə Tehrana getmişdir.