İctimaiyyət
Polkovnik dəbdəbəli villa tikdirir və onun xərclərini iş adamlarına ödətdirir

Tovuz rayonundan olan sahibkarlar rayon polis şöbəsinin rəisi Şizad Əsgərovdən şikayətçidir. Bİr qrup sahibkar Criminal.az saytına bildirib ki, rəis dəbdəbəli villa tikdirir və onun xərclərini iş adamlarına ödətdirir.”Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki rəisin evi tikilib qurtarsa rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır” – deyə şikayətçilər bildirib.Ş.Əsgərov isə Criminal.az saytına açıqlamasında ittihamları rədd etdi və bildirdi ki, onun haqda deyilənlər böhtandır.