İctimaiyyət
AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana səfər edəcək: O, bir sıra siyasi məhbuslarla görüş istəyib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir (İslandiya) 5-7 sentyabr tarixlərində Bakıyasəfər edəcək.
AŞPA-nın məlumatına görə o, məruzə hazırlanması və AŞPA sessiyasına təqdim edilməsi üçün faktların müəyyən edilməsi missiyasına rəhbərlik edəcək.
Onun Parlament üzvləri, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Baş Prokurorluğun və Prezident Administrasiyasının nümayəndələri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər planlaşdırılıb
Məruzəçi həmçinin bir sıra siyasi məhbuslarla görüş istəyib.
Sunna Torhildur Evarsdottirin səfəri iyunun əvvəllərinə planlaşdırılırdı, amma Azərbaycan tərəfin xahişi ilə təxirə salınıb.