
ER SQ nümayəndəliyi Hərbi informasiyalar üzrə bölmə rəisi polkovnik Artur Tsatyanın rəhbərlik etdiyi Ermənistan Silahlı qüvvələrinin nümayəndə heyəti avqustun 27-dən 31-dək Moskva və Sizran şəhərlərində Mərkəzi rayonunun maddi-texniki təminat qüvvələriylə keçirilən Dəmir yol qoşunlarının xüsusi təlimlərində iştirak edib.
Bu barədə ER Müdafiə nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Rusiya Dəmir yolu qoşunları baş İdarəsinin rəisi general-leytenant Oleq Kosenkov ilə görüşmüş və Ermənistan Respublikası və Rusiya Federasiyasının nazirliklər arasında hərbi rabitə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmişdir.
