BaşlıcaSiyasət

Maria Zaxarova Azərbaycandakı erməni hərbçi ilə bağlı vəziyyətə toxunub

Rusiya Xarici işlər nazirliyinin mətbuat  katibi avqust ayında Azərbaycan ərazisində peyda olunmuş erməni hərbçisi Arayik Ğazaryanın ətrafında yaranmış vəziyyəti şərh edib. “Mənə elə gəlir ki, bu məsələlər mövcud və təsdiq edilmiş formatlarda həll olunmalıdır. Mən düşünmürəm ki,məndən  əlavə siyasi qiymətləndirmə tələb olunur. Fəaliyyət göstərən bir mexanizmimiz var, nəhayət ATƏT MQ həmsədrləri var. Lazım gələrsə, tərəflərə əlavə yardım göstərmək üçün müvafiq mexanizmlər tətbiq edə bilərlər”-deyərək  Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə  bəyan edib. O, əlavə etdi ki, tərəflər

bu və ya digər məsələdə köməyə ehtiyac duyarlarsa, bu məsələlər də ikitərəfli əsasda diplomatik kanallar vasitəsi ilə həll edilə bilər. Azərbaycan mediası Müdafiə nazirliyinə istinadən  hərbiçinin Fizulinin döyüş mövqeyi yaxınlığında tutulduğunu və “fərariliyin”hərbi hissədəki qeyri-insani rəftardan qaynaqlandığını” söyləyib.

19 yaşlı hərbiçi  Arayik Ğazaryan  avqustun 12-də   hərbi hissəsini tərk edərək Azərbaycan tərəfində peyda olunub.

Daha sonra Ermənistanın Müdafiə naziri David Tonoyan Azərbaycan mediasında yayılan məlumatları təbliğat kimi xarakterizə etmişdir.  O, hərbiçinin azmış olduğunu düşünür.

Daha çox göstər
Back to top button