İctimaiyyət

Şəmkirdə sakinlər yolu bağlayıblar

Sentyabrın 3-də Şəmkir rayonunun Sabirkənd kəndinin sakinləri mərkəzi yolu bağlayaraq, aksiya keçirməyə cəhd ediblər.

Aksiya iştirakçılarının Turan-a verdiyi məlumata görə, aksiyanın səbəbi kənddə təbii qazın olmaması olub.

Aksiya zamanı 50-yə yaxın kənd sakini problemlə bağlı hər yerə müraciət etdiklərini, lakin nəticə olmadığını vurğulayıblar.

“Dəfələrlə müraciət etmişik, şikayətlərimizə baxmırlar. Biz də adam kimi yaşamaq istəyirik. Biz yolu ona görə kəsmişik ki, bizə qaz verilsin”, deyə aksiya iştirakçısı bildirib.

Bir müddət sonra aksiya iştirakçıları əraziyə cəld edilmiş polis qüvvələri tərəfindən uzaqlaşdırılıb. Bir neçə nəfər saxlanılıb. 

Daha çox göstər
Back to top button