BaşlıcaEkonomika

Ekonomika naziri Fransanın “Tales qrup” şirkətiylə Ermənistandakı fəaliyyət perspektivlərini müzakirə etdi

ER Ekonomika naziri Tiqran Xaçatryan  Fransanın “Tales qrup”-u şirkətinin nümayəndələriylə görüşüb. Ermənistanda fəaliyyət genişləndirməklə bağlı perspektivləri müzakirə edib. Bu haqda Ekonomika nazirliyindən məlumat verilib. Şirkətin  nümayəndəsi  Pol Remi nümayəndə heyətinin Ermənistanda layihələrin başlanması və həyata keçirilməsi üçün mövcud imkanları, o cümlədən hökumət rəsmiləri ilə görüşlərini, habelə innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən erməni şirkətləri ilə görüşlərini qiymətləndirdiyini qeyd etdi. Görüşdə tərəflər yüksək texnologiyalı iqtisadiyyatı  stimullaşdırmağın vacibliyini vurğuladılar. Əməkdaşlığa dair müzakirələrin davam etdirilməsi barədə razılıq əldə edildi. “Tales Grup” elektron sistemlərini hazırlayan və aviasiya- kosmik, müdafiə, nəqliyyat və təhlükəsizlik sahələrində xidmətlər göstərən bir Fransız şirkətidir.

Daha çox göstər
Back to top button