İctimaiyyət

“Gəncə işi”nin fiqurantlarından ibarət növbəti qrup üçün cəza təklif edilib

“Gəncə işi” üzrə ittiham olunan növbəti qrupun işi üzrə bugünki prosesdə dövlət ittihamçısının son çıxışı olub.

“Turan” İnformasiya agentliyi xəbər verir ki, prokuror Bəkrəm Əliyevin 16 il, Həbib Qurbanovun 15 il, Mirzə Hüseynovun 8 il, Asif Cavadovun 7 il, Elmir Hüseynzadənin 7 il, Şahin Verdiyevin 6 il, Vüqar Yusifovun 6 il, yetkinlik yaşına çatmamış Emil Məmmədovun islah-tərbiyə müəssisəsinə yerləşdirilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttiham tərəfi Əliyev və Qurbanovu ciddi rejimli cəzaçəkmə müəssisəsinə salmağı təklif edib.

Müttəhimlər kütləvi iğtişaşlar təşkil etməkdə və ya iğtişaşlarda iştirak etməkdə, polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiq etməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin valideynləri prokurorun çıxışından narazılıqlarını bildiriblər. Onlar hesab edirlər ki, oğulları cinayət törətməyib.

Daha çox göstər
Back to top button