
Ermənistan heç vaxt Azərbaycanın KTMT-də müşahidəçi və ya tərəfdaş ölkə olmasına razı olmayacaq.
Bu barədə ER Parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin iclası ərzində komitənin sədri Ruben Rubinyan qeyd etdi.
“Azərbaycan KTMT-də müşahidəçi olmayacaq, Azərbaycan KTMT-də tərəfdaş ölkə olmayacaq. Nə üçün bu qədər əminəm, çünki Ermənistan heç vaxt tərəfdaş ölkəyə razılıq verməyəcək”- deyə Rubinyan qeyd etdi.