
Ermənistan Xarici işlər nazirinin müavini Artak Apitonyan sentyabrın 3-dən 4-ə kimi Minskdə Belarus Respublikası və Birləşmiş Millətlər Təşkilatının birgə təşkil etdiyi “Terrorizmə qarşı innovativ yanaşmalarla və yeni texnologiyaların tətbiqi ilə mübarizə” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda iştirak etdi. XİN-dən verilən məlumata görə Apitonyan öz çıxışında, texnologiyanın inkişaf etdikcə ortaya çıxan təhlükəsizlik problemlərinə, terrorçular tərəfindən müasir texnologiyaların istifadəsi təhlükələrinə də toxunub.
O, ikili əhəmiyyətə malik son yenilikçi nailiyyətlərin yayılmasını nəzarətdə saxlamaq və dövlətin milli, dini ayrıseçkiliyi təşviq etmək üçün dövlət siyasəti ilə səfərbər olunduğu ölkələrdə daha riskli olan terrorçulara mümkün çıxışlarının qarşısını almaqda dövlətlərin əsas rolunu vurğuladı.
Artak Apitonyan son zamanlarda Ermənistanın sərhədlərin effektiv idarə olunması, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində milli potensialının gücləndirilməsinə yönəldilmiş təşəbbüsləri açıqlamaqla yanaşı, eyni zamanda terrorizmə qarşı mübarizə üçün beynəlxalq səylərin vacibliyini vurğulayıb.