İctimaiyyət
Ən doğru həllin tapılmasına qədər Amulsar məsələsi müzakirə ediləcək

Bu gün Baş nazir Nikol Paşinyanın və baş nazir müavini Tiqran Avinyanın iştirakı ilə “Mənim addımım” fraksiyasında iclas keçirlib.
Təxminən iki saat davam edən görüş ərzində yalnız Amulsar yatağının istismarı müzakirə edilib. Bu barədə jurnalistlərə açıqlamasında ER Parlamentinin sədr müavini Alen Simonyan qeyd etdi.
Baş nazir vəziyyəti təqdim etdi, Alen Simonyanın sözlərinə görə müzakirələr rahat atmosferdə keçirilib.
“İctimaiyyət içində istismara qarşı olanlar da var, tərəfdarı olan insanlar da var. Bu müzakirələr qulaq asmaq və düzgün qərar vermək üçündür. Bu ictimaiyyət və özümüz üçün ən doğru qərarına çatdırmaq üçün işguzar müzakirədir”- deyə Alen Simonyan qeyd etdi.